Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb
02/01/2025 - 10:53
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,13% artaraq 2 644.30 ABŞ dollarına bərabər olub. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 1.60% artaraq 29.71 ABŞ dollarına bərabər olub.