Azərbaycanın neft-qaz sektoru 2024: əsas faktlar və mühüm hadisələr - TƏHLİL

29/12/2024 - 09:32

Hazırda qlobal enerji keçidi fonunda “yaşıl” enerjinin inkişafı və ənənəvi enerji mənbələrindən istifadənin tədricən azaldılması tendensiyası sürətlənir. Bu, bir dəb və ya kapriz deyil, qlobal istiləşmənin sürətini, iqlim dəyişikliyini azaldacaq və qlobal ekoloji vəziyyəti yaxşılaşdıracaq bir zərurətdir. Bütün dövlətlərin keçməli olacağı həyati və dönməz prosesdir. Azərbaycan da atmosferə sıfır emissiyaya nail olmaq və qlobal ekoloji problemlərlə mübarizə sahəsində qlobal proseslərin fəal iştirakçısıdır. Bunu ölkədə günəş və külək elektrik stansiyalarının yaradılması, su elektrik stansiyaları şəbəkəsinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması kimi möhtəşəm planlar sübut edir. Bundan əlavə, ölkə Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında “yaşıl” əlaqə yaradacaq “yaşıl dəhlizlər”in yaradılması layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycanın qlobal “yaşıl” məqsədlərə sadiqliyinin bariz nümunəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransının Bakıda keçirilməsidir. Məhz bu möhtəşəm tədbir çərçivəsində Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına, ölkənin həm “yaşıl” enerjinin əsas istehsalçısına, həm də onun ixracatçısına və tranzit edən ölkəyə çevrilməsinə töhfə verəcək bir sıra saziş və sənədlər imzalanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft yenidən ucuzlaşdı
05/12/2024 - 10:08
Azərbaycan nefti bahalaşıb
30/11/2024 - 11:46