Səfirlik Əsədin qohumlarına saxta pasport verirmiş...
30/12/2024 - 06:20
Suriyanın Livan səfirliyi keçmiş prezident Bəşər Əsədin qohumlarına saxta pasportlar verdiyinə dair ittihamlardan dolayı konsulluq fəaliyyətini dayandırıb. Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb. Səfirliyin bəyanatında əməliyyatların sonrakı xəbərdarlığa qədər dayandırıldığı qeyd edilib, lakin konkret səbəb göstərilməyib.