Gürcüstanın yeni Prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzalayıb

30/12/2024 - 09:07

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb. APA xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub. Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska və ya digər vasitələrlə gizlətmək” qadağandır. Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib. Qanun dərc edildikdən sonra qüvvəyə minib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ