Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyində təyyarə qəzası qurbanlarının xatirəsi anılır

27/12/2024 - 18:15

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyində xatirə kitabı açılıb. Nümayəndəlikdən APA-ya verilən xəbərə görə, UNESCO yanında akkreditə olunmuş xarici ölkələrinin daimi nümayəndələri və diplomatları Daimi Nümayəndəliyə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar. Həmçinin, UNESCO Baş Direktoru adından, eləcə də UNESCO Baş Konfransın Prezidenti xanım Simona Mikolesku tərəfindən baş başsağlığı məktubu Daimi Nümayəndəliyə ünvanlanıb. Qeyd edək ki, Daimi Nümayəndəliklər tərəfindən başsağlığı məktubları Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin ünvanına göndərilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Almaniyada matəm elan edildi
21/12/2024 - 23:32