Hafiz Əsədin adı Dəməşqdəki Əməvi məscidinin divarından silinib

21/12/2024 - 06:13

Suriyanın devrilmiş lideri Bəşər Əsədin atası Hafiz Əsədin adı paytaxt Dəməşqdəki qədim Əməvi məscidinin divarındakı mərmər lövhədən çəkiclə sökülüb. APA xəbər verir ki, Dəməşqdə minlərlə insan Bəəs rejiminin süqutundan sonra ikinci cümə namazı üçün Əməvi məscidinə toplaşıb. Vətəndaşlar namazdan əvvəl məscidin xarici divarındakı mərmər lövhəyə yazılmış Hafiz Əsədin adını söküb çıxarıblar. Məscidin divarındakı böyük lövhədə “Bu məscid mömin prezident Hafiz Əsədin dövründə yenilənib və bərpa edilib” sözləri yazılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ