Qeyri-yaşayış sahələrinin istismarına icazələrin verilməsi asanlaşdırılır

17/12/2024 - 11:59

Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq qeyri-yaşayış obyektlərinin istismarına icazələrin verilməsinin asanlaşdırılması tədbirləri icra edilir. Bunu “APA-Economics”ə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib. “Biz bu Fərmana qeyri-yaşayış sahələrinin amnistiyası kimi baxırıq. Tutaq ki, kənd təsərrüfatı təyinatlı torpaqda qeyri-yaşayış obyekti tikilib, bu halda kateqoriya dəyişməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumların müvafiq razılıqları varsa, hüquqların qeydiyyatı sahəsində bizə müraciət edilir və biz həmin vəsatəti kateqoriya dəyişilməsi üçün Nazirlər Kabinetinə təqdim edirik”, - deyə R.Şahbazov bildirib. O qeyd edib ki, bu kimi müraciətlər ilkin olaraq FHN-ə təqdim olunur: “Bizdə olan məlumata görə, 25 minə yaxın hüquq sahibi müraciət edib. FHN-in təqribən 12-13 minə yaxın müraciəti əsasında Dövlət Xidməti tərəfindən yerquruluşu planları hazırlanaraq istismarın sənədləşdirilməsi üçün sistemə daxil edilib. Müvafiq icra hakimiyyəti orqanından və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bizə daxil olan sənədlər əsasında təqribən 1500-ə yaxın mülkiyyət hüququ tanınıb. Proses davam edir. Mürəkkəb məsələlər çoxdur. Əksər hallarda bu tikililər mühafizə əraziləri, mühəndis-kommunikasiya qurğularının əhatə dairəsi və ümumi istifadədə olan ərazilərə düşdüyünə görə, çoxlu təhlillər aparılır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əhalinin sayı açıqlandı
17/12/2024 - 14:38
Psixoloqdan 10 qızıl qayda
15/12/2024 - 13:59
Qaxda avtomobil yandı
15/12/2024 - 11:36
Bakıda evdə yanğın olub
15/12/2024 - 11:32
Sabahın hava proqnozu
14/12/2024 - 13:28