Rusiyalı generalı bu ölkə aradan götürüb: Moskva açıqladı
General-leytenant İqor Kirillovun Moskvada öldürülməsinin arxasında döyüş meydanında uduzan Ukrayna dayanır. Publika.az xəbər verir ki, bunu Rusiya parlamentinin aşağı palatasının müdafiə komitəsinin sədri Andrey Kartapolov “RİA Novosti” yə müsahibəsində bildirib. “Bu, Kiyev rejiminin döyüş meydanında hər şeyini itirməsi ilə bağlıdır. Və yenə sevimli üsullarını - hiyləgərcə öldürməyi tətbiq etməyə başladılar”, - Kartapolov fikirlərini bölüşüb. Nəşrin həmsöhbətinin sözlərinə görə, ən başlıcası SVO-nun tapşırıqlarını yerinə yetirməyə davam etməkdir. Parlamentarinin fikrincə, Rusiya onları nə qədər tez yerinə yetirsə, bütün bunlar bir o qədər tez bitəcək. “Rusiya hərbçilərinin müdafiəsinə gəlincə, lazımi tədbirlər görülür və nəticələr çıxarılacaq”, - Kartapolov yekunlaşdırıb.