COP29-dakı məşhur pavilyonları bu şirkət hazırlayıb - Video-Fotolar

17/12/2024 - 14:00

Admedia Reklam Agentliyinin COP29-da quraşdırdığı pavilyonlar yüksək qiymətləndirilib. 

“Qafqazinfo” xəbər verir ki, xüsusi dizaynla işlənilib hazırlanan pavilyonlar həm yerli, həm də xarici qonaqların diqqətini çəkib.

Şirkət iki əsas zonada stendlərin dizaynı, istehsalı və quraşdırılmasını təmin edib.

Belə ki, Yaşıl Zona üzrə Azərbaycan Turizm Agentliyi, Nargis Jurnalı, Novoroom, Mavi Zona üzrə isə Qətər Pavilyonu, Oman Sultanlığı Pavilyonu, Tuvalu Pavilyonu, Amazon Pavilyonu, Yaşıl İqlim Fondu Pavilyonu Admedia Reklam Agentliyi tərəfindən dizayn və istehsal edilərək quraşdırılıb.

Yaradıcılığı və texnologiyanı innovativ həllərə çevirən Agentlik bu beynəlxalq platformanın həyata keçirilməsində iştirakı ilə böyük bir təcrübə qazanıb. 

Şirkət COP29-da fəal iştirakından qürur duyduğunu açıqlayıb.

 



















 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əhalinin sayı açıqlandı
17/12/2024 - 14:38
Psixoloqdan 10 qızıl qayda
15/12/2024 - 13:59
Qaxda avtomobil yandı
15/12/2024 - 11:36
Bakıda evdə yanğın olub
15/12/2024 - 11:32
Sabahın hava proqnozu
14/12/2024 - 13:28