DGK sədri: Bu il büdcə proqnozunun yerinə yetirilməsində çətinlik yoxdur

17/12/2024 - 13:31

Gömrük xətti ilə büdcə daxilolmaları proqnozu idxal əməliyyatlarının həcmi nəzərə alınmaqla hesablanır. “APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu il büdcə proqnozunun yerinə yetirilməsində hər hansı çətinlik yoxdur və ilin nəticələrinə görə, əminik ki, dövlət tərəfindən müəyyən olunan proqnoz göstəriciləri yerinə yetiriləcək. "Bildiyimiz kimi növbəti ilin büdcə sənədləri qəbul edilib və gələn il biz diqqətimizi bu məsələlərə yönəldərək qarşımıza qoyulan öhdəlikləri yerinə yetirəcəyik"- Şahin Bağırov əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft yenidən ucuzlaşdı
05/12/2024 - 10:08
Azərbaycan nefti bahalaşıb
30/11/2024 - 11:46