Ermənistanın sabiq Baş Qərargah rəisinin əmlakları müsadirə oluna bilər

17/12/2024 - 13:54

Ermənistanın Baş Prokurorluğu Antikorrupsiya Məhkəməsinə ordunun keçmiş Baş Qərargah rəisi Artak Davtyan və onunla əlaqəli şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı müraciət edib. APA-nın yerli mətbuata istinadən xəbərinə görə, iddia ərizəsi icraata qəbul olunub. Buna səbəb kimi, sözügedən əmlakların qeyri-qanuni yollarla əldə olunması göstərilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ