Ofeliya Sənaninin son vəziyyəti açıqlandı

17/12/2024 - 10:57

Dekabrın 16-da gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. 83 yaşlı xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib. TƏBİB-dən Kult.az-a bildirilib ki, xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib: "Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir". Qeyd edilib ki, xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24
Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20
Ailə sənin məbədindir
05/12/2024 - 23:42
Xəyyam Əhmədli vəfat etdi
03/12/2024 - 07:31
Culbars
02/12/2024 - 09:23
DÜZGÜN OLMAYAN HƏQİQƏT
02/12/2024 - 05:24