NATO Baş katibi Makronla Ukraynaya dəstəyi müzakirə edib
18/12/2024 - 15:04
NATO-nun Baş katibi Mark Rutte ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. APA xəbər verir ki, bu barədə Rutte “X” platformasındakı paylaşımında bildirib. Məlumatda bildirib ki, onlar Ukraynaya dəstək və müttəfiqlərin müdafiə istehsalı və xərclərini müzakirə ediblər.