Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib
18/12/2024 - 07:25
İmpiçmenti nəticəsində səlahiyyətləri dayandırılan Cənubi Koreya prezidenti Yun Sok-Yöl qiyam işi ilə bağlı polisin dindirilmə prosesinə gəlməyib. APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Qeyd olunur ki, Yun Sok Yöl dekabrın 3-də hərbi vəziyyət elan edərək qiyama təhrik etmə təşəbbüsündə ittiham olunur.