Qardaşlar ağır qəzaya düşdü, biri öldü

28/12/2024 - 10:15

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford” tranzit markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Rauf oğlu Hüseynli hadisə yerindəcə ölüb. Onun sərnişini, qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Rauf oğlu Hüseynli isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fakt araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir tiktoker həbs olundu
27/12/2024 - 14:33
Hərbçimiz minaya düşdü
20/12/2024 - 18:35