Qardaşlar ağır qəzaya düşdü, biri öldü
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford” tranzit markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Rauf oğlu Hüseynli hadisə yerindəcə ölüb. Onun sərnişini, qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Rauf oğlu Hüseynli isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fakt araşdırılır.