Bu il 505 yol-nəqliyyat hadisəsi baş verib, 344 nəfər vəfat edib
21/12/2024 - 10:07
“Cari ilin 11 ayı ərzində qeydə alınan göstəricilərə əsasən, yolda müəyyən edilmiş sürət həddinin aşılması, yenə də sürücülər tərəfindən ən çox yol verilən qayda pozuntusudur". Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda deyilib. Bildirilib ki, həmin dövrdə 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 344 nəfər həyatını itirib, 335 nəfər isə yaralanıb.