Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

28/12/2024 - 10:09

Dekabrın 28-i saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, düşən yağıntının miqdarı Culfa, Balakəndə 5, Naxçıvan, Sədərək, Ağdamda 4, Oğuz, Şəki, Ağstafa, Qəbələ, Tərtər, Şərur, Xaçmaz, Ceyrançöl, Zəngilan, Füzuli, Quba, Ordubad, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, İsmayıllı, Şamaxı, Gəncə, Qobustan, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Neftçala, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astara, Goranboyda 3 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm- dir. Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Şahdağda 15, Kəlbəcərdə 5, Qax, Qusarda 2, Gədəbəy, Laçın, Xankəndi, Şuşa, Xocalı, Xınalıq, Zaqatala, Şahbuzda 1 sm-dir. Yardımlı, Hacıqabul, Yevlax, Göyçay, Lerik, Naxçıvan, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Sumqayıtda duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin qərb rayonlarında dekabrın 29-u gündüzədək, şərq rayonlarında isə 31-i səhərədək davam edəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir tiktoker həbs olundu
27/12/2024 - 14:33
Hərbçimiz minaya düşdü
20/12/2024 - 18:35