Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunan “Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompazisiyanın premyerası baş tutub
17 dekabr saat 16:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunan “Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompazisiyanın premyerası baş tutub Qafqaz.Media xəbər verir ki, Layihə rəhbəri və ideya müəllifi Turan döyüş sənəti olan Dünya Alpaqut Federasiyasının ideoloji məsələlər üzrə vitse-prezidenti, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin fəxri üzvü bəstəkar, yazar Fərahim Sadiq olan kompazisiyanın quruluşçu rejissoru 18 yaşlı gənc aktyor, yazar, bədii qiraətçi Aysu Türkeldir. Xatırladaq ki, bu onun rejissor kimi ilk işidir. Ədəbi-bədii musiqili kompazisiyanın aktyor heyətinin sırasında respublikanın əməkdar artisti və peşəkar aktyorlar: Əməkdar artist Qasım Nağı, Xalidə Əliməmmədova, Pərviz Qurbanlı, Şövqi Əmiraslanov, Aysu Türkel, Təhminə Qarayeva, Allahverdi Qurbanov, Elcan Məmmədov, Tofiq Əhmədli, Pərviz Rzayev, İlkin Rafiqoğlu, Əlibala Qasımov yer alıblar. Kompazisiya hərbi-vətənpərvərlik mövzusunda qurulub.
Qafqaz.Media