Rusiya sərhədçiləri Ermənistan-İran sərhədini tərk etdilər

01/01/2025 - 09:11

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsini tərk edirlər. Publika.az bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryana istinadla xəbər verir. O, izah edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları 2025-ci ildən İranla sərhədin mühafizəsi, Ermənistanın Türkiyə və İranla sərhədlərində Rusiya sərhədçiləri ilə birgə patrul xidməti həyata keçirmək üçün bütün məsuliyyəti öz üzərinə götürəcək. Lakin bundan sonra İran sərhədindəki keçid məntəqəsində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları işləyəcək. Rusiya sərhədçiləri Yerevan Zvartnots hava limanında da fəaliyyətini dayandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ