Evə girən ayı görün harada yatdı

30/12/2024 - 04:09

Yaponiyada bir kişi evdə qonaq otağında stolun altında yuxuya gedən ayı tapıb. Publika.az xəbər verir ki, bu barədə “Sora News 24” yazıb. Hadisə dekabrın 23-də Fukusima prefekturasının Kitakata şəhərində baş verib . 60 yaşlı kişi evdən çıxıb və axşam qayıdanda qonaq otağında qızdırılan stolun altından ayı çıxdığını görüb. Çağırılmamış qonağı görən ev sahibi qonşuya gedib və oradan polisə müraciət edib. Tezliklə yenidən evə baxıb: ayı yuxudan oyanıb və masanın üstündəki qəlyanaltıların dadına baxıb. Hadisə yerinə gələn ovçular və polis bütün qonşuları xəbərdar edib və bir müddət evlərini tərk etmələrini istəyib. Səhəri gün onlar fişənglərdən istifadə edərək ayını evdən qovublar. Yırtıcı çölə qaçaraq yaxınlıqdakı tövlədə gizlənib. Ovçular heyvanı içərisində yuxu dərmanı olan oxla vurub, sonra isə onu insan məskənindən uzaq, dağlara aparıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ