Daha bir təyyarə son anda xilas oldu - 73 nəfər ÖLÜMDƏN DÖNDÜ

30/12/2024 - 09:09

“Air Canada Express” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş şassisi problemi səbəbindən “xeyli” məsafəni sürüşüb. Publika.az xəbər verir ki, bu barədə CNN şirkət nümayəndəsinə istinadla məlumat yayıb. Qeyd edilib ki,hadisə Yeni Şotlandiyadakı "Halifax Stanfield" hava limanında baş verib. Təyyarədə 73 nəfər olub. “Air Canada Express”in nümayəndəsinin sözlərinə görə, hadisəyə səbəb eniş şassilərində problemlər olub. Təyyarə terminala çata bilməyib, nəticədə sərnişinlər avtobusla hava limanına aparılıb. "Təyyarə şiddətlə silkələndi və biz təyyarənin sol tərəfində yanğın gördük və pəncərələrdən tüstü çıxdı", - təyyarənin sərnişini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ