ŞOK: Mariana Vasilevaya ömürlük baş məşqçi vəzifəsi tutmaq qadağan edildi - FOTO
Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Bədii Gimnastika üzrə Azərbaycan Milli Komandasının sabiq baş məşqçisi, hazırkı baş məşqçi, məşqçi və Azərbaycan Gimnastika Federasiyasına (AGF) sanksiya tətbiq edib.
Qafqaz.media xəbər verir ki, bu barədə GEF-in mətbuat xidməti məlumat yayıb.
2023-cü ildə gimnastlara qarşı AGF tərəfindən fiziki və psixoloji zorakılıq iddiası ilə ittiham irəli sürülüb. Bədii gimnastika üzrə Azərbaycan milli komandasının keçmiş baş məşqçisi, hazırda Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva 8 il müddətinə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən istənilən tədbirdən kənarlaşdırılıb. Ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edilib.
Qeyd edək ki, bununla bağlı jurnalist Eynulla Fətullayev də "Facebook" hesabında paylaşım edib.