Aktyor Azər Baxşəliyevin son durumu necədir?
03/01/2025 - 10:13
Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağır olaraq qalmaqda davam edir. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib. Bildirilib ki, hazırda A.Baxşəliyev süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.