Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
05/01/2025 - 09:41
![](/sites/default/files/styles/slide/public/2025-01/677a110a37f67677a110a37f681736053002677a110a37f65677a110a37f66.jpg?itok=3ndiCRa2)
Rusiyanın Voronej vilayətində Mi-28 hərbi helikopteri qəzaya uğrayıb və sərt enişdən sonra alovlanıb. APA xəbər verir ki, bu barədə Voronejin “Moyo” portalına İstintaq Komitəsinin hərbi idarəsindən məlumat verilib. “Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyini bildirirlər. Qəzanın səbəbləri məlum deyil”, - məlumatda deyilir. Qəzanın yanvarın 1-də baş verdiyi vurğulanır. Sərt enişdən sonra yanğın Mi-28-i tamamilə yararsız vəziyyətə salıb. Portalın məlumatına görə, İstintaq Komitəsi hadisədən sonra yoxlama təşkil edib.