Aktyor Azər Baxşaliyevin orqanizmi yaşama qabiliyyətini itirib, süni tənəffüs aparatından ayrılıb
Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşaliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib. Bu barədə APA-ya Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib. Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: "Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır". Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.