Fransa müxalifətinin lideri qəzaya düşüb

07/01/2025 - 14:49

Fransanın ultra sağçı Milli Birlik partiyasının parlament fraksiyasının sədri və prezidentliyə keçmiş namizəd Marin Le Pen Mayotta adasına gedərkən qəzaya düşüb. APA xəbər verir ki, bu barədə məlumat yayan BFMTV-də hadisənin bu gün səhər saatlarında baş verdiyi qeyd olunub. Onun hərəkət etdiyi barja qarşıdan gələn digər analoji su nəqliyyatı vasitəsilə toqquşub. Nəticədə üç nəfər yüngül yaralansa da Le Pen olaydan xəsarətsiz xilas olub. M. Le Pen “Şido” qasırğasından sonrakı bərpa işləri ilə tanış olmaq üçün həmin əraziyə səfər etmək istəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Jan-Mari Le Pen vəfat edib
07/01/2025 - 17:13