Tbilisidə yenidən etiraz aksiyası keçirilir
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirilir. APA-nın Tbilisi müxbiri xəbər verir ki, etirazçılar qanunverici orqanın qarşısındakı Rustaveli prospektini bağlayıblar. Etiraz aksiyasının 41-ci günündə vətəndaşlar eyni tələb səsləndirirlər. Onlar yeni parlament seçkilərinin keçirilməsini, həmçinin aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər. Xatırladaq ki, Gürcüstanda etiraz aksiyaları noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin hökumətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldiyi bəyan etməsindən sonra başlayıb.