Çili Venesueladakı səfirinin missiyasını dayandırıb
Çili hökuməti ölkələr arasında münasibətlərin pisləşməsi ilə əlaqədar Venesueladakı səfiri Xaime Qasmurinin missiyasını dayandırmaq qərarına gəlib. "Report" xəbər verir ki, bu barədə Çili Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bu addım Nikolas Maduronun Venesuelada yanvarın 10-dan sonra da prezident vəzifəsini davam etdirəcəyi ilə bağlı bəyanatı ilə bağlıdır. Qeyd edək ki, Çili hakimiyyəti bu seçkilərin nəticələrini tanımır. Xatırladaq ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Protokolların 80%-nin işlənməsinin nəticələrinə əsasən, Nikolas Maduro 51,2% səslə seçkilərdə qalib gəlib. Çili də daxil olmaqla bir sıra ölkələr seçkinin nəticələrini tanımadığını elan edib. 2024-cü ilin avqustunda çilili diplomatlar Venesueladan qovulub.