MİLYONLARI “İTİRƏNLƏR” KİMLƏRDİR? – Usubovun qardaşı oğlu və... + FOTOLAR

07/01/2025 - 20:57

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edən və onların külli miqdarda pulunu ələ keçirən Alişan Nizaminin cinayət işi üzrə məhkəməsinin hazırlıq prosesi keçirilib. “AzPolitika” xəbər verir ki, o, 3 şəxsə ümumilikdə 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) ziyan vurmaqda təqsirləndirilir. Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri keçmiş daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu Zeynal Usubovdur. Onun atası Mütəllim Usubov da uzun illər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləyib.

 

 Zeynal Usubov

 

Onun özü isə əvvəllər prokurorluq orqanlarında işləyib. O, Nərimanov rayon prokurorunun müavini olub. Onun sözügedən platformada 945 min dollar vəsait xərclədiyi bildirilir. İş üzrə başqa bir diqqətçəkən məqam da var. Belə ki, bu cinayətdə ən çox pul itirən şəxs Babək Məmmədzadədir. Əldə etdiyimiz məlumata görə, Babək “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.

 

 Məhəmməd Məmmədov

 

Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

 

 Alişan Nizami

 

Qeyd edək ki, Alişan Nizamiyə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Abşeronda ev yanıb
04/01/2025 - 14:56
Ən qərarsız 3 bürc
03/01/2025 - 12:24
Sabaha olan hava proqnozu
02/01/2025 - 13:33