Gürcüstanda matəm elan olundu
08/01/2025 - 21:00
Gürcüstan hökuməti yanvarın 9-nu ölkədə matəm günü elan edib. Publika.az xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bununla bağlı müvafiq qərar imzalayıb. Buna səbəb yanvarın 5-i Abxaziyanın Qal rayonunun Saberio kəndində baş vermiş və beş uşağın ölümü ilə nəticələnən yanğındır. Faciə qurbanlarının dəfn mərasimi də sabah keçiriləcək