“Böyük qardaş səni izləyir” yazılı sikkə buraxıldı - Foto

14/01/2025 - 10:19

Böyük Britaniyanın Kral Sikkəxanası məşhur “1984” və “Heyvanıstan” əsərlərinin müəllifi, ingilis yazıçı Corc Oruellə həsr olunmuş sikkələr buraxıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vəfatının 75-ci ildönümü ilə əlaqədar kəsilən sikkələrin üzərində “1984” romanından məşhur sitat - “Böyük qardaş səni izləyir” yazılıb. Sikkə göz kimi təsvir olunub, lakin o, kamera obyektivini təsvir edir. Həmçinin sikkənin üzərində “Həqiqət var idi, yalan da var idi” ifadəsi həkk olunub. Sikkə ustası Henri Qrey totalitarizm mövzusunun onun dizaynının əsasını təşkil etdiyini söyləyib: “Telefon və kameralar evinizin hər yerində var. Telefonunuz da reklamçılar tərəfindən dinlənilir. Siz həqiqətən necə sorğulandığınızı, dinlənildiyinizi bilirsiniz. “1984” də elə budur”. 2 funt sterlinqin dizaynı əsasında hazırlanan kolleksiya sikkələrinin qiyməti 17,50 funt sterlinqdən başlayır. Qeyd edək ki, 1998-ci ildən Böyük Britaniyada sikkə dövriyyəsinə daxil edilən 2 funt sterlinqlik sikkələr 50-dən çox dizayna malikdir. Həmçinin Uilyam Şekspir, Ceyn Ostin və Con Ronald Ruel Tolkin kimi digər ədəbiyyat xadimlərinin xatirəsinə də sikkələr buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

YUXU - Hekayə
08/01/2025 - 20:46
Şahnaz Şahinin şeiri
04/01/2025 - 09:40
Kuklaçıların bayram sovqatı
30/12/2024 - 04:57
“Qırxdan sonra…”
28/12/2024 - 10:19
Ərzin əşrəfi
21/12/2024 - 20:51
Rəşad Məcidin şeirləri
21/12/2024 - 19:11
Ərzin əşrəfi
21/12/2024 - 05:52
Ərzin əşrəfi
20/12/2024 - 07:43
Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24
Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20