VHP Ədliyyə Nazirliyinə yenilənmiş reyestrini təqdim etdi

15/01/2025 - 13:01

"Siyasi partiyalar haqqında" Qanuna görə, hər il yanvar ayının 15-nə kimi siyasi partiyalar üzvlərin yeni (dəyişiklik) reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Vətəndaş Həmrəyliyi Partiyası qanunvericiliyə uyğun yenilənmiş reyster məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edib. VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, əvvəlki reyestr üçün 8686 nəfər üzvün adlı siyahısı verilmişdi: “Yenilənmiş reyestr siyahısında 275 nəfər yeni üzv əlavə edilib. Son altı ayda isə 14 nəfər üzvümüz dünyasını dəyişib, onların reyestrdən çıxarılması üçün məlumatı məktuba əlavə etmişik”. Qeyd edək ki, VHP-nin 82 rayon, 1 muxtar respublikada 1253 özək təşkilatı fəaliyyət göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ