İranın boğulması prosesi başlayır, İrəvan da qoşuldu

17/01/2025 - 13:49

Paşinyanın son addımları konkret seçimdir və bu, Rusiya, eləcə də Cənubi Qafqazın digər ölkələri üçün tamamilə düşmən seçimdir. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko İrəvanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq xartiyasını şərh edərkən deyib. “Burada başqa şərhlər ola bilməz. Məsələn, Ermənistan bu yolla İranı atdı. Yeni konfiqurasiyada Tramp və İsrailin vəzifələri Tehrana siyasi, iqtisadi və ola bilsin ki, hərbi yolla mümkün qədər sərt zərbələr endirmək olacaq. Ermənistan sərhədində İrana, Rusiyaya, Azərbaycana, Türkiyəyə qarşı casusluq edən elektron kəşfiyyat mərkəzləri yerləşdiriləcək. İranın iqtisadi boğulması prosesində xüsusilə Ermənistan iştirak edəcək. Bu, İran rəhbərliyinin udmalı olacağı acı həqiqətdir”, - o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Jan-Mari Le Pen vəfat edib
07/01/2025 - 17:13