“Dərin dövlət”ə güclü zərbə olacaq: Tramp bu sənədləri yayarsa
Con Kennedinin qətli ilə bağlı məxfi sənədlər dərc olunarsa, Amerika Birləşmiş Ştatlarındakı “dərin dövlət”ə güclü zərbə vurulacaq. Publika.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov öz Teleqram kanalında deyib. Senator həmçinin Trampın niyyətini “informasiya inqilabı elan etmək” kimi qiymətləndirib. “Əgər bu nəşr baş tutarsa, özlüyündə ABŞ-dakı “dərin dövlət”ə güclü zərbə olacaq”, - Puşkov vurğulayıb. Xatırladaq ki, Donald Tramp bildirib ki, o, təkcə Con Kennedinin özünə deyil , həm də onun qardaşı, 1968-ci il seçkilərində ABŞ prezidentliyinə namizəd Robert Kennedinin, eləcə də afroamerikalıların vətəndaş hüquqları uğrunda mübarizə aparan Martin Lüter Kinqin qətli ilə bağlı məxfi məlumatları dərc etmək niyyətindədir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti ölkə tarixində ən geniş fərmanlar siyahısını qəbul etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, yeni sənədlər dalğası “görünməmiş şok və qorxuya səbəb olacaq”.