Durov Fransa hakimiyyətinə “Telegram”da moderatorluğu yaxşılaşdırmağı vəd edib

18/01/2025 - 08:55

“Telegram”ın təsisçisi Pavel Durov Fransa məhkəməsində keçirilən dinləmə zamanı messencerin moderasiyasını yaxşılaşdıracağına söz verib. APA xəbər verir ki, bu barədə "Franceinfo" mənbələrə istinadən məlumat yayıb. “Hakimlərin “Telegram”da kütləvi şəkildə yayılan qeyri-qanuni məzmunla bağlı sualına Durov üç vəkilin iştirakı ilə cavab verib və messencerin moderasiya prosedurlarını təkmilləşdirməyə sadiq qaldığını vəd edib", - məlumatda deyilir. O, həmçinin bildirib ki, qanun pozuntusuna görə messencerdə hər ay 20 milyona qədər hesab silinir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Tramp tarixi ənənəni pozdu
18/01/2025 - 04:53
Jan-Mari Le Pen vəfat edib
07/01/2025 - 17:13