“TikTok”dan Ağ Evə ÇAĞIRIŞ
“TikTok” bazar günü Cozef Bayden administrasiyası və Ədliyyə Nazirliyindən qüvvəyə minməli olan qadağa barədə daha aydın məlumat almasa, fəaliyyətini dayandıracaq. Qafqaz.Media xəbər verir ki, bu barədə servisin “X” hesabında məlumat paylaşılıb. Bildirilib ki, yanvarın 17-də həm Ağ Ev, həm də Ədliyyə Nazirliyi tərəfindən verilmiş bəyanatlar 170 milyondan çox amerikalı üçün “TikTok”un əlçatanlığını təmin etməkdə mühüm rol oynayan xidmət təchizatçılarına lazımi aydınlıq və zəmanətlər verə bilməyib. Şirkət açıqlayıb ki, servis yanvarın 19-da ABŞ-dakı fəaliyyətini dayandıra bilər. Bunun baş verməməsi üçün Bayden administrasiyası dərhal yekun bəyanat verməlidir. Xatırladaq ki, bundan əvvəl ABŞ Ali Məhkəməsi “TikTok”un Çinin ana şirkəti “ByteDance”ə satılmasını və ya ölkədə tamamilə qadağan edilməsini tələb edən qanunu təsdiqləyib.