Azərbaycanda yeni Konstitusiya və referendumla bağlı iddialar yalandır

26/01/2025 - 17:18

Bir sıra media resurslarda son zamanlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar tirajlanır. Publika.az xəbər verir ki, hökumətdəki mənbə Trend-ə açıqlamasında bütün bu məlumatları təkzib edib. "Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik, referendumun keçirilməsi müzakirəsi yoxdur. Bununla bağlı yayılan məlumatlar yalandır, əsassızdır və məsuliyyəsizdir”, - mənbə bildirib. Qeyd edək ki, daha öncə bir sıra KİV-lərdə bu il Azərbaycanda referendum keçiriləcəyi, yeni Konstitusiyanın qəbul olunacağı barədə yanlış məlumatlat yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Leyla Əliyeva Davosda - Foto
23/01/2025 - 22:21