Vayfayı olan hər kəsə xəbərdarlıq...

26/01/2025 - 21:07

Vayfay şəbəkələrinin geniş istifadəsi, eyni zamanda, təhlükəsizlik məsələlərini də gündəmə gətirir. Bir çox insanlar evdə, ofisdə və ictimai məkanlarda internetə qoşularkən kiberhücum riski ilə üzləşə bilər. Xüsusilə gecə saatlarında Vayfay şəbəkəsinin aktiv qalması ilə bağlı ortaya çıxan narahatlıqlar geniş müzakirə mövzusudur. Axar.az xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev məsələ ilə bağlı bir sıra nüansları Yeni Sabah-la bölüşüb: “Vayfay şəbəkəsi açıq olduqda, xüsusilə zəif şifrələmə və ya standart parol istifadə edilirsə, kiberinayətkarlar bu şəbəkəni hədəfə ala bilərlər. Gecələr istifadə az olduğundan şəbəkə hücum üçün daha asan hədəf ola bilər”. Ekspert gecə bu riskin niyə daha yüksək ola biləcəyini də açıqlayıb: “Gecə saatlarında şəbəkə istifadəçiləri aktiv olmadıqda, şübhəli fəaliyyətləri dərhal aşkar etmək çətin ola bilər. Vayfay şəbəkəmiz düzgün konfiqurasiya olunubsa (güclü şifrələmə, dayanıqlı parol və müntəzəm yeniləmələr) gecə onu açıq saxlamaq ciddi risk yaratmır”. A.Rzayev Vayfay şəbəkələrində kiberhücumdan qorunmaq üçün bəzi tövsiyələr verib: “Vayfay şəbəkəniz üçün WPA3 (və ya ən azı WPA2) şifrələməsini aktiv edin. WEP kimi köhnə şifrələmə metodlarından istifadə etməyin. Asan tapılan və ya standart parollardan istifadə etməyin. Şəbəkəniz üçün unikal, uzun və mürəkkəb parol təyin edin. SSID (şəbəkə adını) yayımını söndürməklə şəbəkəni gizli edə bilərik. Bu, şəbəkəni hədəfə almağı çətinləşdirə bilər. Yalnız icazə verilmiş cihazların şəbəkəyə qoşulmasına imkan verən MAC ünvan filtirləmə funksiyasını aktiv edə bilərik. Router üzərində daxili firewall funksiyasını aktivləşdirə bilərik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəzərdə zəlzələ oldu
26/01/2025 - 18:57
Sabaha olan hava proqnozu
23/01/2025 - 14:02