"AZƏRBAYCANLILAR RUSİYADA GİZLİ ZAVODA CƏLB OLUNURLAR" - "Şantaj edilir, sənədləri əlindən alınır..." + VİDEO

24/01/2025 - 22:40

MDB ölkələrinin, o cümlədən Azərbaycanın vətəndaşları saxta yolla Tatarıstanda (Rusiyada – red.) İrana məxsus pilotsuz uçuş aparatlarının qeyri-qanuni istehsalı üzrə gizli zavodda işə cəlb olunurlar.

Bu barədə “Baku” telekanalının materialında deyilir.

Məlumata görə, internetdə Tatarıstan Respublikasında yüksək texnologiyalı istehsal üçün xüsusi iqtisadi zonanın ərazisində Rusiyadan deyil, MDB ölkələrindən olan vətəndaşların işlə təmin olunmasını nəzərdə tutan “Alabuga Start” proqramı haqqında reklamlar aktiv şəkildə yayılır: “Parlaq, cəlbedici veb sayt, karyera yüksəlişi və maraqlı iş vəd edilir. Hər şey qaydasındadır, amma insanlar perspektivli qazanc ümidi ilə orada iş tapır, bu zonaya köçür və sonda elanda deyilənlərdən başqa bir işə cəlb olunurlar”.

Telekanal apardığı araşdırma nəticəsində müəyyən edib ki, əslində MDB ölkələrinin yaşı 22-dən aşağı olan gənc vətəndaşları saxta yolla İrana məxsus “Şahed-136” hücum PUA-larının istehsalına cəlb olunurlar.

Belə işlə məşğul olmaqdan boyun qaçıran insanlara təzyiqlər, şantajlar edilir, sənədləri əlindən alınır.

“Əldə etdiyimiz məlumata görə, hazırda orada yuxarıda qeyd etdiyimiz kimi yaşı 22-dən az olan Azərbaycan vətəndaşları saxlanılır” , - “Baku TV” qeyd edib.

Daha ətraflı videoda:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ