Paşinyan ABŞ-a səfər edəcək

24/01/2025 - 10:22

Qafqaz.Media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfərə hazırlaşır. O, fevral ayında keçiriləcək ənənəvi "Milli səhər yeməyi ibadəti" tədbirində iştirak edəcək.
Vaşinqtonda keçirilən "Milli səhər yeməyi ibadəti" tədbiri -  dünyanın aparıcı siyasətçilərini, biznes elitasını, diplomatları və dini liderləri bir araya gətirən illik tədbirdir. 1953-cü ildən bəri hər bir ABŞ prezidenti partiya mənsubiyyətindən və siyasi platformasından asılı olmayaraq bu tədbirdə iştirak edir.
Səfər çərçivəsində Paşinyanın ABŞ-ın yeni administrasiyasının nümayəndələri ilə görüşlərinin nəzərdə tutulmadığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Tramp tarixi ənənəni pozdu
18/01/2025 - 04:53