Rusiya Türkiyənin müttəfiqi, ya vassalı... - Ruslar niyə TDT-yə girməyi nəzərdən keçirirlər?

22/11/2022 - 18:33

Ara-sıra mətbuat sferasında Türkiyə ilə Rusiyanın müttəfiqliyi barədə söz-söhbətlər dolaşmaqdadır. Bəziləri Türkiyənin ABŞ-a qarşı Rusiyanı tərcih etdiyi fikrini irəli sürür. AmmaTürkiyənin Şimali İraqda terrorçulara qarşı apardığı “Pəncə-qılınc” əməliyyatının gedişində prezident Ərdoğanın Rusiyanı terrorçulara şərait yaratmaqda və onlarla mübarizə aparmaq üçün öz borcunu yerinə yetirməməkdə ittiham etməsi rus-türk müttəfiqliyi barədə deyilənlərin üstündən xətt çəkir. Maraqlıdır ki, türklər Suriyanın hava məkanının Rusiyanın nəzarəti altında olan həmin hissəsində reydlər həyata keçiriblər - bura türk qırıcıları üçün açıq olub. Rusiya KİV-lərində Türkiyəyə qarşı inciklik sezilir. Onlar  əməkdaşlıq ümidi ilə Türkiyəyə kömək etdiklərini hesab edirlər. Türkiyə eyni zamanda Ukraynaya aktiv şəkildə silah tədarük edir: elektron müharibə avadanlığı, 200 MRAP BMC Kirpi zirehli maşını, minaatan və sursat, yüksək dəqiqlikli TRLG-230 MLRS və Bayraktar TB2 üçün “hava-hava” tipli raketlər.

Türkiyə qlobal neft daşıyıcılarına xəbərdarlıq edib ki, dekabrın 1-dən boğazlardan keçərkən sığorta tələb olunacaq və bu, yeni Avropa sanksiyaları qüvvəyə minəndə Rusiya neftinin axınını məhdudlaşdıra bilər. Görünüşdə, bu, formaldır, çünki sığorta tankerlə bağlı hər hansı qəzanın xərcini qarşılamalıdır. Lakin Aİ və Britaniya yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalara hazırlq gördükləri üçün Rusiya neftinin daşıyıcılarının belə sığorta əldə etməsi çətin olacaq. Müvafiq olaraq, rus neftini dəniz yolu ilə nəql etmək qabiliyyəti kəskin şəkildə azalacaq: indi Novorossiyskdən gündə təxminən 650 min barel, üstəgəl Qazaxıstandan 1,3 milyon barel neft keçir, ama görünür, Qazaxıstan da Rusiya daşıyıcılarının xidmətlərindən imtina edəcək.

Türkiyənin dəniz tənzimləmə agentliyinin direktoru açıq şəkildə bildirib ki, bu cür məhdudiyyətlərin tətbiq edilməsinin səbəbi Aİ sanksiyalarına riayət etməkdir.

Eyni zamanda Rusiyaya Türk Dövlətləri Təşkilatının son sammitində siqnal göndərildi - Türkiyənin Orta Asiya və Qafqazda mövqeyi Moskvanın inanmaq istədiyindən qat-qat güclüdür. Üstəlik, türklərin hərbi potensialı getdikcə artır: “Qızılalma” pilotsuz qırıcısı hazırlanır və türklərin İHA yaratmaqda uğurları Qərb hərbçiləri tərəfindən tanınır.

Bundan əlavə, İranda baş verən proseslərdə əzilən türklər Türkiyəni xilasedici kimi görürlər. İranın dağılması halında Rusiya nəinki potensial müttəfiqini itirəcək, həm də Türkiyənin (və ümumilikdə NATO-nun) təsiri Qafqazda və Mərkəzi Asiyada kəskin şəkildə artaraq. Rusiyanın coğrafi təhlükəsizlik zonasında qeyri-sabitlik qurşağı yaradacaq.

PKK-YPG-yə qarşı quru əməliyyatı o deməkdir ki, Türkiyə Şimali Suriyaya uzanacaq və orada bərqərra olacaq. Türkiyə neft daınmasında rolu ilə Rusiyanın qollarını burur. Rusiyanın Ankaraya əliboş qalması təkcə Suriyada deyil, bütün postsovet məkanında Moskvanın zəifliyi kimi qəbul edilir. Bəs rus ictimai xadimləri vəziyətdən necə çıxış yolu axtarır-Türklərə qarşı mübarizəyə başlamaq üçün Türk Dövlətləri Təşkilatına qoşulmaq və “qalanı içəridən fəth etmək”. Bu səbəbdən Rusiyanın TDT-na qoşulma istəyini (perspektivdə) onu bu quruma töhfə vermək niyyəti kimi yox, müqavimət göstərmək cəhdi kimi qəbul etmək lazımdır. İçimizdəki russevərlər isə, Rusiyanın belə bir cəhdi olarsa onu canfəşanlıqla “rus mehribanlığı” kimi cəmiyyətə sırımağa çalışmasınlar. Rusiyanın indi qismən yumşaq davranmasına səbəb onu quyruğunun qapı arasında qalmasıdır. Türkiyə isə heç kimə tərəf deyil, sadəcə o hər şeyə öz prizmasından yanaşır və Rusiyaya öz istəyini diqtə edir.     

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33