Rusiyalı sərmayədarlar Azərbaycanda polimer tikinti materialları istehsalı zavodu tikməyi planlaşdırırlar

20/11/2022 - 18:17

Rusiyalı sərmayədarlar Azərbaycanda polimer tikinti materialları istehsalı zavodu tikməyi planlaşdırırlar. Qafqaz.media xəbər verir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşotnikov bu barədə Bakıda bildirib.
“Mövcud Rusiya-Azərbaycan layihələri ilə yanaşı, ilk müasir əczaçılıq zavodunun tikintisi layihəsi, Həştərxan vilayətinin müəssisələrinin gücündə gəmilərin inşası, Sankt-Peterburqdan olan müəssisənin iştirakı ilə polimer konstruksiyaların istehsalı zavodunun tikintisinin həyata keçirilməsi prosesi gedir”, deyə o vurğulayıb.
Reşotnikov Azərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığının ən perspektivli sahələrini də qeyd edib: “Nəqliyyat və logistika infrastrukturu məsələlərində “Şimal-Cənub” beynəlxalq dəhlizinin inkişafına üstünlük verilir. İnfrastrukturun "dar boğazları"nın aradan qaldırılması, keçid məntəqələrinin modernləşdirilməsi, razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi halında yükdaşımaların potensial həcmi iki dəfə - 14 milyon tondan 25 milyon tona qədər arta bilər".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14
Neftin qiyməti artıb
26/08/2024 - 09:46