Azərbaycan neftinin qiyməti 81 dollara yaxınlaşıb
24/08/2024 - 10:10
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.47 ABŞ dolları və ya 1.85% artaraq 80.87 ABŞ dollarına bərabər olub.