Şarl Mişel Paşinyanla regiondakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

19/11/2022 - 22:25

“Ermənistan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşdüm”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter“də paylaşıb.

O Aİ-nin regiona sülh, firavanlıq və sabitlik gətirmək üçün böyük sərmayələr yatırmağa davam etdiyini qeyd edib.

***

Ermənistan Baş naziri Nikol Paşinyan Tunisdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

“Sputnik Armenia” xəbər verir ki, görüş Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində baş tutub. Danışıqlar zamanı tərəflər Azərbaycan-Ermənistan nizamlanmasını müzakirə ediblər./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33