"Türkiyə və Rusiya qaz qovşağının yaradılması üçün hər şeyi edəcək" - ƏRDOĞAN

18/11/2022 - 16:19

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında bildirib ki, Ankara və Moskva respublikada qaz mərkəzinin yaradılmasında ümumi məqsədlərə nail olmaq üçün lazımi işləri görəcəklər.

"Prezident Ərdoğan Rusiya prezidenti Putinin Türkiyədə qaz mərkəzinin yaradılması təklifindən məmnunluğunu ifadə edib. O bildirib ki, komandalar ən qısa zamanda ümumi məqsədlərə çatmaq üçün lazımi texniki, hüquqi və kommersiya qiymətləndirmələrini aparacaqlar", - Türkiyə liderinin ofisindən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02