Türkiyədə beynəlxalq qaz qovşağı – Bu Rusiyanın nəyinə lazımdır?

22/11/2022 - 17:30

Türkiyənin Avropa üçün qaz paylanma mərkəzinə çevrilməsi ehtimalı bir aydan çoxdur müzakirə olunur. Hadisələrin indiki istiqamətdə cərəyan etməsi nə iqtisadiyyatını ucuz Rusiyanın enerji resursları üzərində quran avropalı istehlakçılar, nə də gəlirlərinin mühüm hissəsi neft və qaz gəlirlərindən asılı olan Rusiya üçün sərfəli deyil. Xüsusilə Rusiyanın hazırkı faktiki iqtisadi blokadası şəraitində.

Təsadüfi deyil ki, Türkiyə lideri Rusiya ilə qaz sahəsində əməkdaşlığın 2022-ci ilə qədər genişləndirilməsinə diqqət çəkib. Məsələn, Rusiyadan Bolqarıstana Qara dənizin dibi ilə gücü ildə 63 milyard kubmetr olan qaz kəmərinin tikintisini nəzərdə tutan “Cənub axını” layihəsi ilə bağlı vəziyyəti xatırlamaq olar. Ankara Rusiyanın enerji daşıyıcılarının nəqlində iştirakını genişləndirməyə ümid edir və Moskvaya təklif vermək üçün yalnız uyğun anı gözləyir.

Eyni zamanda, Ərdoğan indiki vəziyyətdə özünü çox müdrik apardı, Rusiyaya ağır şərtlər diqtə etmədi, əksinə, tərəfdaşını dinləməyə hazır olduğunu hər şəkildə göstərdi və rəsmi Ankranın özünəməxsus mövqeyi olduğunu nümayiş etdirdi.

Eyni zamanda, mavi yanacağın əhəmiyyətli bir hissəsi Avropaya tranzitlə daşındığından Türkiyə hələ də mühüm nəqliyyat halqası kimi çıxış edir. Belə ki, Rusiyadan gələn qaz kəməri ilə yanaşı, Azərbaycandan “Cənub Qaz Dəhlizi” də Türkiyə ərazisindən keçir ki, bura Yunanıstan sərhədinə gedən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), həmçinin Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən (TAP) Trans-Adriatik Qaz Kəməri də daxildir. Bu il TANAP ilə qaz nəqlinin həcmi 16,2 milyard kubmetr səviyyəsində planlaşdırılır və sentyabrda Azərbaycan prezidenti İlham Əliyev hətta bu kəmərlərlə nəqlin həcmini iki dəfə artırmaq istədiyini bildirib: TANAP - ildə 32 milyarda qədər , TAP - 20 mlrd.

Bundan əlavə, bir neçə ixrac qaz kəmərinə əlavə olaraq, Türkiyənin iki LNG terminalı, iki üzən LNG saxlama və qazlaşdırma qurğusu, həmçinin iki yeraltı qaz anbarı var. Üstəlik, gələcəkdə Ərdoğanın bu yaxınlarda dediyi kimi, onun ölkəsi Qara dənizdəki yeni Sakarya yatağından qaz çıxarmağa başlayacaq. Bütün bunlar Türkiyənin Avrasiya qaz bazarında ciddi oyunçu, o cümlədən beynəlxalq paylayıcı qovşaq kimi böyük potensialından xəbər verir.

Müəyyən şərtlər daxilində Türkiyə qaz qovşağı təkcə Rusiya Federasiyası, İran və ya Azərbaycandan deyil, həm də Şimali İraqdan, Misirdən, İsraildən və Kiprdən qaz ala biləcək ki, bu da əlavə qaz hasilatı yaradacaq. Rusiyanın üzləşdiyi rəqabət, onu qiymətləri aşağı salmağa məcbur edir. Qarşıdakı illər üçün qeyri-müəyyən perspektivləri olan infrastruktura milyardlarla dollar sərmayə yatırmaq zərurətini nəzərə alsaq, Qazprom layihənin geri qaytarılması ilə bağlı problemlər yaşaya bilər. Rusiya bu layihələrə yatıracağı sərmayəni daxili regionların qazlaşdırılmasına da cəlb edə bilər, amma hələ ki, bunda mraqlı görünmür.

Beləliklə, Rusiya ilə Ankara arasında qaz sahəsində əməkdaşlıq ətrafında mövcud vəziyyət hər iki tərəf üçün faydalıdır. Türkiyə aşkar iqtisadi səmərə ilə yanaşı, Avropa İttifaqı üçün əhəmiyyətini artırmaq imkanı əldə edəcək, Rusiya isə Avropa istehlakçılarına qaz tədarükündən əldə etdiyi mənfəəti özündə saxlamaqla, ona qarşı tətbiq edilən və gələcəkdə planlaşdırılan sanksiyalardan yayına biləcək. Xatırlamaq yerinə düşər ki, belə ssenari ABŞ-ın maraqları ilə heç də üst-üstə düşmür, bu isə o deməkdir ki, Vaşinqton çox yaxın gələcəkdə bu layihənin yubanması üçün "qollarını çirmələyə" bilər.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33