Daşkəsən rayonunun Xoşbulaq kəndinə qar yağıb. “Qafqazinfo” xəbər verir ki, dünən gecədən yağan qar kəndi ağ örpəyə bürüyüb. Kəndə təxminən 5 santimetr hündürlüyündə qar düşüb. Kəndlə Daşkəsən rayonunun mərkəzi və Gəncə şəhərinə aparan avtomobil yolu işlək vəziyyətdədir.