“Zəngəzur Tehran üçün mühüm rol oynayır” - İranın Ermənistandakı səfiri

22/11/2022 - 16:55

Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabrın 22-də İranın bu ölkədəki səfiri Abbas Badaşxan Zohurinin başçılıq etdiyi İran nümayəndə heyəti ilə görüşüb.

Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Vardapetyan iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib və əmin edib ki, səmərəli qarşılıqlı fəaliyyət əsasında bu, genişlənəcək və yeni keyfiyyət alacaq.

Zohuri isə qeyd edib ki, Ermənistan və İran arasında 3000 illik tarixi və mədəni əlaqələr bütün istiqamətlərdə əlaqələrin inkişafı üçün yaxşı əsasdır və bunu xüsusilə son illərdə müşahidə etmək olar.

Səfir vurğulayıb ki, Ermənistanla münasibətlər İran üçün prioritetdir və onların qarşılıqlı olması iki ölkənin liderləri tərəfindən təsdiqlənib.

İranın Qafanda konsulluğunun açılmasının yüksək qiymətləndirilməsinə cavab olaraq Zohuri bildirib ki, Sünik (Zəngəzur-red.) bölgəsi Tehran üçün mühüm rol oynayır.

"O vurğulayıb ki, heç bir dövlətin regiona qarşı iddiası olmamalıdır", - məlumatda deyilir.

Vardapetyan və Zohuri həmçinin məhkumların ekstradisiyası, hüquqi yardım, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq kimi məsələləri də müzakirə ediblər.

Dünən məlum olub ki, Ermənistan və İran Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub./modern.az

      BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

      Daha bir əfsanə öldü - FOTO
      30/09/2024 - 12:02