Ərdoğan azərbaycanlı xilasedicilərə təşəkkür etdi

03/02/2024 - 22:00

Türkiyənin Hatay vilayətində ötən ilin fevralında baş vermiş zəlzələ nəticəsində evlərini itirən ailələrə yeni mənzillər təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, mənzillərin rəsmi təqdimat mərasimində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Birinci mərhələdə Hatayda 7275 mənzil sahiblərinə təqdim edilib.

Ərdoğan, həmçinin zəlzələdə Türkiyəyə yardım edən ölkələrə də təşəkkür edib:

“Başda 11 min 500 əcnəbi qrup üzvü olmaqla 35 min 250 axtarış-xilasetmə heyətimizə, 142 min mühafizəçimizə, səhiyyə işçimizə, mədənçilərimizə, meşə işçilərimizə, könüllülərimizə, öz adımdan və millətim adından bütün qardaşlarımıza təşəkkür edirik”.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ